Xəbərlər

Azərbaycanda lisenziya ilə işləyən mehmanxana və turizm şirkətlərinin sayı açıqlanıb
29 yanvar, 2013 21:21

 

Hazırda Azərbaycanda 253 hüquqi və fiziki şəxs Mədəniyyət və Turizm Nazirliyindən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) alaraq fəaliyyət göstərir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, 2012-ci il ərzində 77 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Ötən il 57 hüquqi və fiziki şəxs turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Hazırda respublikada 218 turizm şirkəti fəaliyyət göstərir.

Keçən il ərzində 6 hüquqi və fiziki şəxsə mehmanxana və mehmanxana tipli obyektin fəaliyyəti üçün verilmiş lisenziya Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən dayandırılıb. Eyni zamanda, 22 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti üçün verilmiş lisenziyalar nazirliyin əmrinə əsasən dayandırılıb və onlardan 4-nün fəaliyyəti sonradan bərpa edilib.

2012-ci il ərzində ekspert qrupu tərəfindən 37 obyektə baxış keçirilib və Azərbaycanda dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 67-yə çatıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.