Ötən il Azərbaycanda investisiya müsabiqələri yolu ilə özəlləşdirilən müəssisələrə təqribən 160 milyon manat vəsait qoyulub. Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov kollegiya iclasında çıxışında deyib. bu barədə çərşənbə axşamı Komitənin yaydığı məlumatda deyilir.
"Ötən il kiçik özəlləşdirmə zamanı təqribən 600 dövlət obyekti və müəssisə, təqribən 620 obyekti olan torpaq sahələri özəlləşdirilib", - Həsənov qeyd edib.
Onun sözlərinə görə, 53 pul və ixtisaslaşdırılmış hərraclarda 32 səhmdar cəmiyyətin səhmi özəlləşdirilib.
2013-cü il yanvarın 1-nə olan məlumata görə, Dövlət Əmlak Reyestrinə 13841 dövlət qurumu və filialının 143 837 obyekti haqqında məlumatlar daxil edilib.
"Ötən il dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlak üzərində qeydiyyat, o cümlədən kadastr daşınmaz əmlakı ilə bağlı sahələri tənzimləyən 20 normativ-hüquqi sənədlərin layihələri hazırlanıb", - Həsənov deyib.