Xəbərlər

İranın qabaqcıl treninq mərkəzi Azərbaycanda sığorta sahəsində ixtisaslar üzrə sertifikasiya keçirəcək
29 yanvar, 2013 19:43

 

Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) sığorta sahəsində treninqlərin keçirilməsi məqsədilə İranın qabaqcıl lisenziyalaşdırılmış təşkilatı olan "Business Idea Center" ilə əməkdaşlıq haqqında saziş imzalayıb. bu barədə çərşənbə axşamı ARPA-nın yaydığı məlumatda deyilir.

ARPA 2012-ci ilin oktyabrında təkcə yerli deyil, həm də regional səviyyədə "Chartered Insurance Institute" akkreditasiya mərkəzinin statusunu alıb. Bununla əlaqədar, ARPA-ya sığorta sahəsində ixtisaslar üzrə sertifikasiyaların aparılması üçün xeyli sayda sifarişlər daxil olur.

"İranın bir sıra siyasi xarakterli səbəblərə görə, tərəfdaşlığı, müəyyən sahələrdə sabit inkişafı və müvafiq olaraq özünəməxsus mühit ilə bazarda tətbiq edilən informasiya və alətləri vaxtında əldə etməsi məhdudlaşıb", - məlumatda deyilir.

"İran bazarının özünəməxsusluğu o demək deyil ki, mövcud sığorta praktikasının səviyyəsinin artmasına tələbat yoxdur, əksinə. Qonşu dövlətin sığorta bazarının biznesin digər sahələri kimi ardıcıl inkişafa istəyi var. Öz növbəsində, ARPA qabaqcıl ekspertizanı tətbiq etmək, sertifikasiya xarakterli proqram və seminarları keçirmək, təcrübə mübadiləsi aparmaq və digər tədbirlər vasitəsilə təkcə sığorta deyil, həmçinin digər üstün istiqamətlərdə mövcud inkişafa yardım etmək üçün nəzərdə tutulub", - ARPA-nın Direktorlar şurasının üzvü Püstə Babayeva deyib.

"ARPA artıq dəfələrlə beynəlxalq səviyyəli sertifikasiya proqramları keçirib. Yaxın gələcəkdə İxtisisaslaşdırılmış Rism Menecmenti Mərkəzinin yaradılması imkanı nəzərdən keçiriləcək ki, bu da peşəkarlığın nüfuzunün növbəti göstəricisi olacaq", - məlumatda deyilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.