Hacıkənd meşələrinin qorunması üçün ciddi tədbirlər görülür
28 yanvar, 2013 00:22
Qış mövsümüdə Hacıkənd meşələrindəki ağacların kəsilməsinin qarşısının alınması, eləcə də yeni əkilmiş ağacların müxtəlif heyvanlardan qorunması məqsədilə ciddi tədbirlərə başlanılmışdır. Bu məqsədlə qısa vaxtda 40 hektar sahə tikanlı məftillə hasara alınmışdır.
Bu barədə məlumat verən ərazi ekologiya idarəsinin nümayəndəsi Aslan Vəliyev demişdir ki, uzun illər nəzarətin zəif olması nəticəsində 5 min 500 hektarlıq Hcıkənd meşələrinin 600 hektarı məhv edilmişdir. İdarənin təşəbbüsü ilə ərazidə meşələrin bərpası üçün 20 minə yaxın müxtəlif meşə ağacı əkilmiş və ətrafına tikanlı məftil çəkilmişdir. Hazırda bu iş davam etdirilir.