Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) hesabat-seçki yığıncağı keçirilmişdir.
Tədbirdə Qırğızıstan Xalqları Assambleyasının nümayəndələri, Azərbaycanın bu ölkədəki səfirliyin əməkdaşları, digər mədəniyyət mərkəzlərinin təmsilçiləri iştirak etmişlər.
İclasda AMM-in yeni idarə heyəti seçilmişdir. Mərkəzin nizamnaməsinə uyğun olaraq idarə heyəti səsvermə yolu ilə AMM-in yeni rəhbərini seçmişdir.
Qırğızıstanın Əməkdar Hüquqşünası, birinci dərəcəli ədliyyə müşaviri Əziz Əliyev AMM-nin sədri seçilmişdir.
Qırğızıstanın Əməkdar Mühəndisi Əsad Həsənov, professor Zakir Qəmərli və başqaları yeni seçilmiş idarə heyətini və sədrini təbrik etmiş, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, Azərbaycan həqiqətlərini qardaş ölkədə təbliği işində onlara uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, Qırğızıstan ilə Azərbaycan arasında əlaqələr bundan sonra daha da inkişaf edəcəkdir.