Xəbərlər

ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin “Azərspeys-1” peyki barədə məlumatlandırılması üçün kampaniya təşkil etmişdir
28 yanvar, 2013 00:12

ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Azərbaycanın cari ilin fevralında kosmosa buraxılacaq “Azərspeys-1” birinci peyki haqqında məlumatın Amerika ictimaiyyətinə çatdırılması üzrə kampaniyaya başlamışdır. 
ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerikanın qanunvericilərinə və mediasına göndərəcəkləri məktublarda Birləşmiş Ştatlar ilə ölkəmiz arasında iqtisadi-ticari əlaqələr, o cümlədən qeyri-neft sektorunda əməkdaşlıq barədə məlumat verəcəklər. Onlar qanunvericiləri qarşılıqlı faydalı münasibətlərin inkişafına dəstək verməyə çağıracaqlar.
Virciniya ştatında fəaliyyət göstərən “Orbital Sciences” şirkəti tərəfindən yaradılmış “Azərspeys-1” peyki fevralın 8-də kosmosa buraxılacağı yerə gətirilmişdir. Azərbaycan ölkənin birinci peykinin işlənib hazırlanması, yığılması və təyinat yerinə çatdırılıması üçün 2010-cü ilin iyununda “Orbital Sciences” ilə müqavilə imzalamışdır. Dəyəri 230 milyon ABŞ dolları olan müqavilə sayəsində əksəriyyəti Virciniya ştatından olan amerikalılar üçün 1500 yeni iş yeri yaradılmışdır. “Aerospace Industries Association”un 2012-ci ilin hesabatına görə, ABŞ-ın istehsalı olan peyklərin dünya bazarındakı payı 1999-cu ilin sonunda azalaraq 65 faizdən 30 faizə düşmüşdür. Hesabatda bildirilir ki, ABŞ şirkətləri 1999-2009-cu illərdə 21 milyard dollar itirmişlər. Nəticədə hər il doqquz min iş yeri ixtisar edilmişdir. Azərbaycan ilə müqavilə yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. 
“Azərspeys-1” peyki kosmosa buraxılandan sonra Azərbaycan Şərqi Avropa, Qafqaz regionları, Mərkəzi Asiya və Şimali Afrika ölkələri üçün bir sıra telekommunikasiya xidmətləri təklif edə biləcəkdir. Onlara rəqəmsal yayım, sürətli internetdən istifadə, məlumatların ötürülməsi, məhdud istiqamətli peyk rabitəsi terminallarının yaradılması və s. xidmətlər göstərilə bilər. 
Peykin resurslarının təxminən 20 faizi Azərbaycanın daxili ehtiyaclarına yönəldiləcək, qalan 80 faizi isə kommersiya məqsədi ilə başqa dövlətlərin, o cümlədən ABŞ hökumətinin, İraq, Əfqanıstan və Mərkəzi Asiya ölkələrindəki özəl müştərilərin ixtiyarına veriləcəkdir. Peykin işə salınması sayəsində Azərbaycanın bütün keyfiyyətli teleradio yayımı, yüksək sürətli internet ilə təmin olunacaq, məsafədən təhsil, elektron səhiyyə sistemi və kommunikasiya problemlərinin aradan qaldırılması üçün sabit platforma yaradılacaqdır. 
Bundan əlavə, Azərbaycan mülki aviasiya təyinatlı səkkiz təyyarənin alınması üçün 2010-cu ildə “Boeing” şirkəti ilə bir milyard dollarlıq müqavilə imzalamışdır. O dövrdə “New York Times” qəzetinin yazmışdır ki, bu müqavilə ABŞ-da 11.000 iş yerinin saxlanmasına imkan yaradacaqdır. Azərbaycan ikinci peykini 2015-ci ildə, üçüncünü isə 2016-cı ildə kosmosa buraxmağa hazırlaşır. Bu isə o deməkdir ki, ABŞ şirkətləri ilə həmin peyklərin işlənib hazırlanması, yığılması, çatdırılması və s. üzrə yeni müqavilələr imzalanacaqdır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.