Xəbərlər

Tikintisinə yeni başlanan Heydər Əliyev Mərkəzi Şəki şəhərinə xüsusi görkəm verəcəkdir
28 yanvar, 2013 00:06

Şəki şəhərində mənzərəli bir guşədə, Kiş çayının sağ sahilində ulu öndərin xatirəsinə daha bir möhtəşəm abidənin- Heydər Əliyev Mərkəzinin tikintisinə başlanmışdır.
Şəki Şəhər İcra Hakimiyyətindən  bildirmişlər ki, üçmərtəbəli mərkəzin ümumi sahəsi 5 min 629, tikinti sahəsi isə 2 min 322 kvadratmetr olacaqdır. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzey, 230 nəfərlik akt zalı, səhnə, sərgi zalı, kitabxana, yardımçı otaqlar, ikinci mərtəbədə toplantı, tədris və inzibati otaqlar, muzey yerləşəcəkdir. Mərkəzin üçüncü mərtəbəsində isə rəsm otağı, linqafon kabineti, internet zalı, müəllim və iş otaqları fəaliyyət göstərəcəkdir.
Mərkəzin tikintisini “Akkord” Şirkətlər Qrupunun kollektivi həyata keçirir. Hazırda bünövrə qazılır. 
Tezliklə bu ərazidə Bayraq Meydanının və şəhər icra hakimiyyəti üçün yeni inzibati binanın tikintisinə başlanacaqdır. Burada, həmçinin doqquz hektar sahədə ümummilli lider Heydər Əliyevin adına parkın da salınması nəzərdə tutulmuşdur. Hazırda həmin tikililərin layihələndirmə işləri aparılır.

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.