Mirzə Fətəli Axundzadənin Tiflisdəki Ev Muzeyində təmir-bərpa işləri aparılıb
28 yanvar, 2013 22:57
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin Gürcüstan paytaxtındakı Ev Muzeyində təmir-bərpa işləri başa çatıb. Gürcüstan bürosunun məlumatına görə, təmir-bərpa işləri ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə aparılıb.
ARDNŞ-in rəsmi nümayəndəsi Şövqi Mehdizadə bildirib ki, yaxın günlərdə Ev Muzeyinin bərpadan sonra açılışı keçiriləcək: “Mirzə Fətəli Axundzadə ömrünün 44 ilini Tiflisə həsr edib. Onun Tiflis mühiti ilə əlaqəsi ömrünün gənc çağlarından başlayıb. ARDNŞ-in Gürcüstan nümayəndəliyinin bu böyük insanın Ev Muzeyini milli ornamentlərlə bəzədilərək daha gözəl və yaraşıqlı şəkildə bərpa etməkdə məqsədi gələcək nəsillərə babalarımızın mirasını olduğu kimi çatdırmaqdır”.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı