“Yeddi muğama səyahət” adlı konsert keçiriləcək
28 yanvar, 2013 22:55
Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində “Yeddi muğama səyahət” adlı konsert keçiriləcək. Layihənin bədii rəhbəri Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, əməkdar artist Fikrət Verdiyev, müəllifi Şahin Mirzəyevdir.
Konsertdə xalq artisti Arif Babayev başda olmaqla əməkdar artist Almaz Orucova, xanəndələr Zakir Əliyev, Şahin Mirzəyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Sevinc Sarıyeva və Anar Quliyevin ifasında muğamlar səslənəcək. Xanəndələri tarzən Fikrət Verdiyevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Qeyd edək ki, eyni layihənin Gəncədə “Göy göl” ansamblının müşayiəti ilə keçirilməsi də nəzərdə tutulub.