Xəbərlər

Yaponiyada 2013-cü ildə ticarətdən və varlıların gəlirlərindən rüsumların artırılması fonunda vergilərin 2,8 milyard azaldılması qərara alınmışdır
28 yanvar, 2013 22:49

Yaponiyanın hakim koalisiyası tərəfindən qəbul edilmiş yeni vergi proqramı varlılardan rüsumların, ticarətdən vergilərin artırılmasını və bu fonda daxili tələbatın, məşğulluğun və istehsalın stimullaşdırılmasını nəzərdə tutan paketi özündə birləşdirmişdir. Rəsmi mənbələrin bildirdiyinə görə, 2013-cü maliyyə ilində müxtəlif vergilərin və rüsumların 250 milyard yen (təqribən 2,8 milyard dollar) məbləğində azaldılması nəzərdə tutulur. Bu zaman yeni evin inşası və ya alınmasından, ipoteka kreditlərindən vergilər, həmçinin fond bazarında kiçik əməliyyat aparan fərdi investorlardan rüsumlar azaldılacaqdır.
Hakim koalisiya daha çox işçi cəlb edən və onlara yüksək əmək haqqı verən sahibkarlardan korporativ verginin azaldılmasını da planlaşdırır. Baba və nənələrin öz nəvələrinə təhsil almaq üçün verdikləri maliyyə yardımından vergilər də azaldılacaqdır.
Bütün bu tədbirlər ölkəni ticarətdən tutulacaq istehlak vergisinin artırılmasına hazırlamaq məqsədi daşıyır. Onun hazırda mövcud 5 faizdən 2014-cü ilin avqustunadək 8 faizə, 2015-ci ildə isə 10 faizə çatdırılması qərara alınmışdır. Yaponiya hökuməti illik mənfəəti 40 milyon yeni ( təqribən 440 min dollar) ötən varlı insanlardan gəlir vergisini də 40 faizdən 45 faizə qaldırmaq fikrindədir. Daha varlı insanlardan rüsumların 55 faizə çatdırılması nəzərdə tutulur.
Cari il ərzində təkmilləşdirilməsi nəzərdə tutulan bu tədbirlər Yaponiyaya ümumi daxili məhsulun həcmini artıq iki dəfə üstələyən nəhəng dövlət borcunu azaltmağa imkan verəcəkdir. Həmin tədbirlər deflyasiya və milli valyutanın yüksək kursunun iqtisadiyyatda yaratdığı durğunluğun aradan qaldırılmasına da kömək edəcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.