Xəbərlər

Liviyanın aparıcı KİV-lərində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat yayılmışdır
28 yanvar, 2013 22:46

 Azərbaycanın Liviyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin aparıcı kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat yayılmışdır. 
Səfirlikdən bildirmişlər ki, “Libya” dövlət televiziya kanalının “Xəbərlər” proqramında 20 Yanvar faciəsi barədə məlumat verilmiş, həmin kanalda ərəb dilində “Qanlı Yanvara aparan yol” adlı sənədli filmi nümayiş etdirilmişdir. 
Eyni zamanda, “Libya” qəzetində “Azərbaycan xalqı 20 Yanvar faciəsini qeyd edir”, “Əl-Vatan əl-Libiyyə”, “Fəsəniyə” və “Brniq” qəzetlərində “Azərbaycanın Liviyadakı səfirliyi 20 Yanvar qətliamının və sovet rejimindən azad olmanın ildönümü ilə əlaqədar press-reliz yaymışdır” sərlövhəli məqalələr dərc edilmişdir.
İyirmi Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar səfirliyin hazırladığı press-relizin yer aldığı məqalələrdə faciənin mahiyyətindən danışılmış, onun, eyni zamanda, Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğu qeyd edilmişdir. Həmçinin Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi və dünya birliyinin layiqli üzvünə çevrildiyi vurğulanmışdır. 
Səfirlik yerli KİV-də 20 Yanvar faciəsi ilə bağlı məlumatların yayılması istiqamətində işini davam etdirir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.