Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Kinoklubun fəaliyyəti çərçivəsində Sovet şairi və müəllif mahnılarının ifaçısı, SSRİ Dövlət mükafatı laureatı Vladimir Vısotskinin anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
RİMM-in mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə həmvətənlər təşkilatlarının, gənclər birliklərinin və yaradıcı ziyalıların nümayəndələri iştirak etmişlər.
Gecənin aparıcısı kinoşünas Nailə Svetneva şairin ailə tarixçəsi və az məlum olan faktlar barədə danışmışdır. Vladimir Vısotski teatrda onlarca rol, o cümlədən Hamlet, Qaliley, Lopaxin rollarını oynamışdır. O, “Görüş yerini dəyişmək olmaz”, “Tayqanın sahibi”, “Vertikal”, “İki yoldaş xidmət edirdi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərində yaddaqalan rollar ifa etmişdir.
Tədbirin sonunda qonaqlara Vladimir Vısotskinin həyatının son ili haqqında Pyotr Buslovun “Vısotski. Sağ ol ki, yaşayırsan” adlı bioqrafik film göstərilmişdir.