Eston kanalı ilə “Azərbaycan laylası” adlı animasiya filmi nümayiş etdirilmişdir
28 yanvar, 2013 22:43
Bu gün TVN eston kanalı ilə Dünya laylaları layihəsi çərçivəsində “Azərbaycan laylası” adlı animasiya filmi nümayiş etdirilmişdir.
filmin çəkilişi Azərbaycanın Əməkdar Artisti, Tallin Kukla teatrının rəhbəri Rauf Avşarovun yaradıcılıq emalatxanasında və Azərbaycan Bazar Günü məktəbində aparılmışdır.
Bazar günü məktəbinin şagirdlərinin çəkdiyi “Mənim Azərbaycanım” rəsmləri filmdə istifadə olunmuşdur.