Niderland kraliçası taxt-tacdan imtina edib
28 yanvar, 2013 22:39
Niderland kraliçası Beatriks böyük oğlu Orlean şahzadəsi Villem-Aleksandrın xeyrinə taxt-tacdan imtina edib.
Beatriks qərarı barədə xalqa dövlət televiziyası ilə etdiyi müraciətində bildirib.
Yanvarın 31-də 75 yaşı tama olacaq Beatriks, 1980-ci ildə anası kraliça Yuliananın imtinasından sonra taxt-taca sahib olub.
Şahzadə Villem-Aleksandr Leyden universitetinin tarix fakültəsini bitirib. 2002-ci ildə argentinalı Maksima Sorregyete ilə evlənib. Villem-Aleksandrın 3 qızı var.