Xəbərlər

“Azərsu” Bakının 270 giriş və çıxış nöqtəsində yeni sayğaclar quraşdıracaq
28 yanvar, 2013 22:34

 

«Azərsu» ASC içməli suyun dəqiq uçotunun aparılması, su itkilərinin və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması məqsədi ilə kompleks tədbirlərini davam etdirir.

 

ASC-dən  verilən məlumata görə, əhali və qeyri-əhali qrupuna ön ödənişli (smart-kart tipli) elektron su sayğaclarının quraşdırılması ilə yanaşı, bütün sukanal departamentlərinin xidməti ərazilərinin sərhəd nöqtələrində fləns və zond tipli sayğacların quraşdırılmasına başlanıb.

 

Bu sayğaclar hər bir xidmət ərazisinin giriş və çıxış xətləri üzərində quraşdırılmaqla müvafiq ərazidə içməli suyun həm istehlakı, həm də itkilərini müəyyənləşdirməyə imkan verəcək. Bununla da hər bir sukanal departamenti üzrə verilən suyun faktiki həcmi, satılan suyun həcmi, yığım və itkilər barədə məlumatlar daha dəqiq şəkildə müəyyən olunacaq.

 

Ümumilikdə Bakı şəhəri üzrə 270 giriş və çıxış nöqtəsində belə sayğacların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə ilkin mərhələdə Almaniya istehsalı olan fləns tipli 166 ədəd «Kröhne» və Böyük Britaniya istehsalı olan zond tipli 91 ədəd ABB markalı su sayğacları alınıb.

 

Qeyd edək ki, son 1 ildə içməli su sektorunda ilk dəfə smart-kart tipli sayğacların quraşdırılmasına başlanılıb. Ötən dövrdə 22 mini smart-kart olmaqla ümumilikdə 65 min ədəd su sayğacı quraşdırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.