Astanada Vidadi Salahov və Kalimaş Beqalinovanın həmmüəllifi olduqları “Böyük Azərbaycan mütəfəkkirləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığı” kitabı rus dilində nəşr edilmişdir.
Kitabın rəyçiləri Azərbaycandan akademik Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.
Toplu “Azərbaycanın tarixi keçmişindən səhifələr”, “Nizami Gəncəvinin yaradıcılığı mənəvi mədəniyyətin və incə hisslərin vəhdəti kimi”, “İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində hürufiliyin ifadəçisi kimi”, “Məhəmməd Füzuli Azərbaycan poeziyasının parlaq nümayəndəsi kimi” fəsillərinə bölünmüşdür.
Kitabın həmmüəlliflərindən biri - Vidadi Salahov bildirmişdir ki, bu nəşr geniş oxucu kütləsi, həmçinin elmi işçilər, aspirant və tələbələr, o cümlədən XII-XVI əsrlər Azərbaycan ədəbiyyatı ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Onun sözlərinə görə, kitab universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə olunacaqdır.