Ötən il Ağdaş rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində uğurlu il olmuşdur. Məhsul yığımı uğurla başa çatdırılmış, meyvə-tərəvəz və bostan məhsullarının istehsalında xeyli artım qeydə alınmışdır.
Rayon statistika idarəsinin məlumatına görə, 2012-ci ildə 41 min 969 ton meyvə, 67 min 214 ton tərəvəz, 23 min 290 ton bostan, 2835 ton üzüm, 275 ton pambıq, 2275 ton çəltik, 8562 ton dən qarğıdalı, 42 min 259 ton taxıl toplanılmışdır.
Hazırda rayonda bu ilin məhsulu üçün kiçik istixanalarda pomidor və xiyar toxumları, eləcə də şitil yetişdirilir, kəndlərdə yeni meyvə bağları və tinglik salınır, məhsuldar bağlara aqrotexniki qulluq edilir. Ağaclar budanır, torpağa üzvi və mineral gübrə verilir. Bundan əlavə yazlıq əkinlərin aparılacağı sahələrdə şum çıxarılır. Taxıl sahələrinə aqrotexniki qulluq edilir, ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür.