Xəbərlər

Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının Azərbaycan Milli Mərkəzi idarə heyətinin iclası keçirilmişdir
28 yanvar, 2013 22:11

Dövlət Gənc Tamaşaçılar Teatrında Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin idarə heyətinin iclası keçirilmişdir. 
Teatrın mətbuat xidmətindən  bildirmişlər ki, tədbirdə mərkəzin prezidenti Mübariz Həmidov gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, ötən ilin oktyabr-dekabr aylarında Milli Mərkəz beynəlxalq əlaqələrini gücləndirmək, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadilələri təşkil etmək məqsədi ilə bir sıra müqavilələr imzalamışdır. 
Cari il üçün təsdiq olunmuş iş planı barədə məlumat verən M.Həmidov bildirmişdir ki, buraya qastrol səfərləri, beynəlxalq festivallarda iştirak, ustad dərsləri və digər məsələlər daxildir.
İclasda mərkəzin təftiş-nəzarət komissiyası və mətbuat bölməsinin fəaliyyəti haqqında hesabatlar dinlənilərək qəbul olunmuşdur. 
Tədbirdə Azərbaycan İctimaİ-Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Talıbzadə, Azərbaycan Universitetinin dosenti, “Məlhəm” Humanist Qadınlar İctimai Birliyinin sədri Xədicə İsgəndərli, teatrın aktyorları, xalq artistləri Yasin Qarayev, Tariyel Qasımov çıxış edərək ASSİTEJ Azərbaycan Milli Mərkəzinin fəaliyyətini təqdirəlayiq hesab etmiş və iş planına daxil edilən məsələlərin aktual olduğunu diqqətə çatdırmışlar. 
İclasda ASSİTEJ Azərbaycan Milli Mərkəzinə yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edilmişdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.