Millimizin üçüncü rəqibi də məlum oldu
28 yanvar, 2013 21:31
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.
AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, millimizin üçüncü rəqibi ilkin seçmə mərhələnin F qrupunda 1-ci yeri tutmuş Norveç yığmasıdır.
Beləliklə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq millimiz 2-ci qrupda Slovakiya, Bosniya və Herseqovina və Norveç yığmaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.