Xəbərlər

Nar Mobile “İlin telekommunikasiya şirkəti” adına layiq görülüb
28 yanvar, 2013 21:05

 

Azərbaycanın mobil operatoru olan Nar Mobile "Business Time" jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi "Azeri Business Award-2012" Milli mükafatının laureatı olub.bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yanvarın 25-də "Four Seasons" mehmanxanasında "Business Time" jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi "Azeri Business Award-2012" Milli mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə iştirak edən Nar Mobile-ın yeni baş direktoru Kent Maknili mükafat təsisçilərinə minnətdarlığını bildirərək, şirkətin cari və gələcək layihələri haqqında danışıb.

"Çox şadam ki, Nar Mobile növbəti dəfə belə nüfuzlu mükafata layiq görülür. 2012-ci il Nar Mobile üçün bir sıra yenilik və nailiyyətlərlə yadda qalmışdır. Abunəçilərimizin sayı 25% artmışdır. Azərbaycanda ilk dəfə olaraq uçuş zamanı rabitə xidmətlərinin göstərilməsinə başlamışıq. Bundan əlavə, 2012-ci il London Olimpiya oyunlarında Milli Olimpiya yığmamızın rəsmi kommunikasiya tərəfdaşı olmaqla yanaşı, bir sıra sosial layihələrə imza atmışıq. Əminəm ki, 2012-ci ildə qazandığımız çoxsaylı uğurlar 2013-cü ildə də davamlı olacaq və abunəçilərimiz yeni uğurlarımızın şahidi olacaqlar", - şirkətin baş direktoru Kent Maknili bildirib.

Qeyd edək ki, Azeri Business Award mükafatı Nar Mobile şirkətinin təltif olunduğu ilk mükafat deyil. Bundan öncə də, Nar Mobile "İlin Telekommunikasiya Şirkəti", "İlin Biznes Şirkəti" və digər müxtəlif nominasiyalarda ali mükafatlara layiq görülüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.