"Milan" hücum xəttini Balotelli ilə gücləndirmək istəyir
28 yanvar, 2013 21:03
İtaliyanın Milan şəhərinin eyniadlı komandası hücumçu Mario Balotelllini transfer etmək üçün İngiltərənin "Mançester Siti" klubu ilə danışıqları davam etdirir.
xarici KİV-ə istinadən verdiyi məlumata görə, "Milan" 22 yaşlı forvarda görə 20 milyon avro ödəməyə hazırdır. Lakin İtaliya nəhəngi bu məbləği 6 il müddətinə ödəmək istəyir.
Bu səbəbdən "şəhərlilər" italiyalı hücumçunun transfer qiymətini 25 milyon avroya yüksəldə bilər.