Xəbərlər

“Caspian Engineering Company" İlin İnjinirinq Şirkəti seçilib
28 yanvar, 2013 20:50

 

25 yanvar tarixində Bakıda, Four Seasons mehmanxanasında 2012-ci ilin yekunlarına dair biznes sahəsində Milli AZERI BUSINESS AWARD mükafatının təqdim olunma mərasimi keçirilib. AzMeCo şirkətlər qrupuna daxil olan "Caspian Engineering Company" MMC "İlin İncinerinq Şirkəti" nominasiyasında AZERI BUSINESS AWARD -2012 Milli mükafatına layiq görülüb.

Şirkət son illər nail olduğu uğurlu iş nəticələrinə görə dinamik inkişaf edən Azərbaycanın aparıcı incinerinq şirkətlərindən biri olmağa müvəffəq olub. Təntənəli mərasim zamanı mükafat AzMeCo şirkətlər qrupunun PR Direktoru cənab Fuad Hətəmova təqdim olunub.

2007-ci ildə təsis olunan "Caspian Engineering Company" MMC Azərbaycanda və Xəzər dənizi regionu daxil olmaqla, beynəlxalq səviyyədə dünya standartlarına uyğun neft emalı komplekslərinin layihələndirilməsi, texniki sənədlərinin hazırlanması və başqa mühəndis-konsaltinq xidmətlərinin aparılması ilə məşğuldur. Şirkətin uzun illər dünyanın aparıcı şirkətlərində böyük təcrübə qazanmış və yüksək elmi texniki potensiala malik işçi heyəti vardır.

Layihənin coğrafi məkanından və mürəkkəbliyindən asılı olmayaraq, şirkət ən müasir texnologi avadanlıqlar, güclü kadr potensialı, bilik və bacarığı sayəsində müştərilərin qoyduğu tələbləri müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir.
Şirkət İSO 9001-2008 sertifikatına və neft-qaz emalı obyektlərinin layihə işlərinin aparılmasında və təzyiq altında işləyən qazan və aparatların, qurğuların layihələndirilməsində, tikintisində, təmirində və istismarında işləmək üçün dövlət lisenziyalarına malikdir.

Ötən illər ərzində "Caspian Engineering Company" MMC özünün yüksək elmi-texniki potensialı ilə həm Azərbaycanda, həm də ölkə xaricində, Orta Asiya və Əfqanıstanda neft emalı sahəsində yüksək nüfuz qazanmışdır. Şirkətin əsas nailiyyətlərindən biri Qaradağda yerləşən AzMeCo methanol zavodunun tam layihələnməsi olmuşdur. Zaqafqaziya regionunda ilk və yeganə olan bu zavod son illər Azərbaycanda tikilən ən unikal layihələrdən biri hesab olunur. Qeyd etmək lazımdır ki, dünya praktikasında metanol zavodları kimya zavodları arasında ekoloji cəhətdən ən təmiz zavod hesab olunur.

AZERI BUSINESS AWARD Milli mükafatı Azərbaycanın işgüzar aləmlə bağlı aparıcı nəşrlərindən olan "Business Time" jurnalı tərəfindən təsis olunub. Mükafatın təsis edilməsində məqsəd ən yaxşı fəaliyyət nümayiş etdirən şirkətlərin adlarını açıqlamaqla milli biznesimizin yeni imicini yaratmaqdan ibarətdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.