Xəbərlər

Bu günün hava proqnozu
27 yanvar, 2013 00:17

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşam yağış yağacağı keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.
Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 90-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə, səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında axşama doğru yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında axşama doğru yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq

Uzun müddət ölkə ərazisində davam edən anomal isti hava şəraitindən sonra yanvar ayının son günlərində havanın dəyişəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək, fevralın 2-dək respublikanın rayonlarında fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı rayonlarda intensivləşəcəyi ehtimalı var.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.