Cari ildə Şəmkirdə 5 yeni məktəb istifadəyə veriləcəkdir
27 yanvar, 2013 20:53
Bu il Şəmkir rayonunda 5 yeni məktəb binası istifadəyə veriləcəkdir.Hazırda rayonun Sabirkənd kəndində 960, Zəyəm qəsəbəsində 480, Seyfəli kəndində 360, Qasım İsmayılov və Qaralar kəndlərinin hər birində 360 yerlik məktəb binalarında sürətli inşaat işləri gedir. Sentyabrın 15-də qapılarını şagirdlərin üzünə açacaq bu məktəblər yeni laboratoriya və fənn kabinetləri, eləcədə müasir inventarlarla təmin ediləcəkdir.
Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski demişdir ki, dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, keçən il də rayonda 5 yeni məktəb binası istifadəyə verilmişdir. İndi Düyərli, Abbaslı, Seyidli, Ceyrançöl və Günəşli kəndlərinin şagirdləri ən müasir məktəblərdə dərs keçirlər.