Xəbərlər

Kalmık Milli Dram Teatrının yaradıcı kollektivi Bakıya qastrol səfərinə gələcəkdir
27 yanvar, 2013 20:49

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni başlanan ildə yaradıcılıq əməkdaşlığını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Teatrın mətbuat xidmətindən  bildirmişlər ki, qarşılıqlı yaradıcılıq mübadilələrinin həyata keçiləcəyi növbəti layihə Rusiya Federasiyasının Kalmık Respublikasında fəaliyyət göstərən B.Basanqov adına Milli Dram Teatrı ilə bağlıdır. 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə B.Basanqov adına Milli Dram Teatrının rəhbərlikləri arasında imzalanmış qarşılıqlı qastrol mübadiləsinə dair müqaviləyə əsasən, bu il martın 1-dən 3-dək B.Basanqov adına Milli Dram Teatrının yaradıcı kollektivi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaqdır. 
Teatr uşaqlar üçün “Ağ ayın nağılı” (“Skazka beloqo mesyatsa”), böyüklər üçün isə italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” (“Traktirşitsa”) tamaşalarını nümayiş etdirəcəklər. 
Müəllifi və rejissoru Rusiya Federasiyası və Kalmık Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Manciyev olan “Ağ ayın nağılı” tamaşasının baletmeysteri Kalmık Respublikasının Əməkdar Mədəniyyət işçisi İrina Samsonova, bəstəkarı Kalmık Respublikasının Əməkdar İncəsənət xadimi Arkadi Manciyevdir. Tamaşa martın 1-dən 3-dək saat 12.00 və 15.00-da nümayiş etdiriləcəkdir. 
Martın 2 və 3-də nümayiş etdiriləcək ikihissəli “Mehmanxana sahibəsi” komediyasının rejissoru Kalmık Respublikasının Əməkdar İncəsənət Xadimi Sergey Burlaçenko, rəssamı Yelena Varova, plastika üzrə rejissoru Kalmık Respublikasının Əməkdar Mədəniyyət İşçisi İrina Samsonovadır. 
Bu ilin noyabrında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iki tamaşa ilə Kalmık Respublikasına qastrol səfərinə yola düşəcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.