Qəbələ rayonunda ilk dəfə olaraq qolf kompleksinin inşasına başlanılmışdır. Ərazidə iş aparan “Şinçar” Tikinti Şirkətinin iş icraçısı Məhəmməd Abdurrəhmanov bildirmişdir ki, dünyada analoqu olmayacaq yeni müasir qolf kompleksinin tikintisinə 2013-cü ilin yanvarında başlanılmışdır. Bunun üçün Qəbələ şəhərində, Dəmiraparan çayının sol sahilindəki Şonqar bulağı adlanan ərazidə 82 hektar torpaq sahəsi ayrılmışdır.
Hazırda ərazinin hamarlanması, kol-kosdan təmizlənməsi işləri aparılır. Bundan əlavə qolf meydançalarında nəzərdə tutulmuş iki süni göldən birinin qazıntısına başlanılmışdır. Ərazidə Qolf Akademiyası üçün inzibatı binanın, otelin, istirahət üçün kottejlərin və texniki binaların tikilməsi də nəzərdə tutulmuşdur.
Ərazidə 5 ekskavator, 3 buldozer, 2 möhkəmləndirici slindir və 18 ədəd iritutmlu yuk daşıyan avtomobil işləyir. Tikinti işlərinin iki il müddətində başa çatdırılması planlaşdırılmışdır.
![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |
![]() |