Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 4-7, gündüz 13-18 dərəcə isti olacaq.
Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə 6-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq.
Temperatur gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 12 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam duman olacaq.
Temperatur gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam dağlarda duman olacaq.
Temperaturun gecə 5-8, gündüz 15-18, dağlarda gecə 1-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.