Xəbərlər

Britaniyalı mütəxəssislər teatr işçilərimiz üçün treninqlər keçirəcəklər
26 yanvar, 2013 21:32

 

Mədəniyyət və Turizm Nazirliyinin "British Council" ilə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "Teatr əməkdaşlığı" layihəsinə start verilib. layihə Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Akademik Milli Dram Teatrı, YUĞ Dövlət Teatrı, Dövlət Pantomima Teatrı və Səməd Vurğun adına Dövlət Rus Dram Teatrını əhatə edir.

Layihə çərçivəsində teatrın gənc aktyorları və texniki heyəti (səs rejissorları, səhnə işıqçıları) üçün treninqlər keçiriləcək. Treninqləri Böyük Britaniyadan olan mütəxəssislər aparacaqlar.

Fevralın 4-6-da Dövlət Gənc Tamaşaçılar Teatrında səhnə işıqçıları üçün treninqlər təşkil ediləcək. Bu barədə Trend-ə teatrdan bildiriblər.

Treninqi işıq üzrə dizayner Maykl Mannion keçirəcək. Mannionun 20 illik iş təcrübəsi var. O, Avropa və Cənubi Afrikadan olan xoreoqraflar və rejissorlarla çalışıb. Dizayner Böyük Britaniya, Danimarka və Cənubi Afrikadakı tələbələr üçün təlim kursları təşkil edib.

Teatr rejissoru Yan Villem van den Boşun gənc aktyorlar üçün keçirəcəyi ikinci treninq fevralın 11-15-də baş tutacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.