Xəbərlər

Səməd Seyidov: Avropa Şurası bir daha sübüt etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır
26 yanvar, 2013 21:25

 

Avropa Şurası öz Parlament Assambleyasının qış sessiyasında bir daha sübüt etdi ki, Azərbaycan ilə konstruktiv əməkdaşlığa hazırdır. bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Səməd Seyidov şənbə günü keçirdiyi mətbuat konransında deyib.

"Bu uğur tək Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin deyil, Azərbaycanın həyata keçirdiyi, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin uğurudur. AŞ PA-da müzakirələr bir daha göstərdi ki, Azərbaycana qarşı bu kimi cəhdlər artıq Avropanın özünə təhlükə yaratdığı üçün Avropa tərəfindən rədd olunur", - Seyidov bildirib.

O qeyd edib ki, Ştrasserin məruzəsi ilə hiyləgər məqsədlərə xidmət etməklə Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən istifadə etmək cəhdi göstərildi.

Seyidov bildirib ki, bu gün Azərbaycan Parlamentinin dostluq qruplarının sayı, onun nüfuzu kifayət qədər artıb.

"AŞ PA-nın qış sessiyasından əvvəlki dövrdə Rusiya, Ukrayna, Moldova, Fransa, Böyük Britaniya, İtaliya və bir sıra digər ölkələrin parlamentləri ilə müxtəlif səviyyələrdə Azərbaycanın mövqeyinin çatdırılması ilə bağlı işlər görülüb", - o deyib.

Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin sədr müavini Əli Hüseynli bildirib ki, məruzəçilərdən Aqramuntun "Ermənistan Azərbaycanın torpaqlarının işğalçısıdır" deməsi həmin məruzəçilərə qarşı təzyiqlərin göstərilməsinə səbəb olub.

Hüseynli qeyd edib ki, Azərbaycanda siyasi məhbus yoxdur, bu, sadəcə Ştrasserin təfəkküründə, düşüncəsində olan məsələdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.