Xəbərlər

BMqT rəsmisi Azərbaycanda miqrantlarla bağlı görülən işləri başqa ölkələrə nümunə hesab edir
26 yanvar, 2013 21:23

 

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ölkəmizdəki missiyasının rəhbər əvəzi Serhan Aktoprakı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Süleymanova son illər məcburi miqrasiya və sosial-iqtisadi miqrasiyanın genişləndiyini, həm dünyada, həm də ölkəmizdə miqrasiya proseslərinin idarə olunması mexanizminin təkmilləşdirildiyini, ölkəmizdə Miqrasiya Məcəlləsi layihəsinin hazırlandığını vurğulayıb.

Müvəkkil miqrasiya məsələlərinə ombudsmanın fəaliyyətində də mühüm diqqət yetirildiyini, ombudsman təsisatında əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi üzrə struktur bölməsinin və xüsusi müşavirin fəaliyyət göstərdiyini qeyd edib.

Aktoprak Azərbaycanda miqrantlarla bağlı görülən işləri yüksək dəyərləndirib, onlara münasibətdə tolerantlığın hökm sürdüyünü, heç bir ayrı-seçkiliyə yol verilmədiyini, hüquqlarının təmin olunması vəziyyətinin başqa ölkələrə nümunə olduğunu xüsusi vurğulayıb. O, rəhbərlik etdiyi missiyanın fəaliyyəti barədə ətraflı məlumat verərək, bu görüşdə məqsədinin Azərbaycanda müxtəlif kateqoriyalardan olan miqrantların hüquqlarının təmini vəziyyəti ilə tanış olmaqdan ibarət olduğunu söyləyib. O, təmsil etdiyi təşkilatın miqrantların hüquqlarının müdafiəsinin mövcud mexanizmlərinin inkişaf etdirilməsi sahəsində hazırda həyata keçirdiyi, 2012-ci ilin iyul ayından 2013-cü ilin iyun ayınadək olan müddəti əhatə edən "Azərbaycanda miqrantların hüquqlarını qoruyan effektiv mexanizmlərin yaradılması" layihəsi barədə məlumat verib, ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib, qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb. Aktoprak bu layihə çərçivəsində birgə silsilə treninq-seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib.

BMqT rəsmisi müvəkkilin miqrantların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini və görülmüş işlər barədə çatdırdığı ətraflı məlumatı yüksək qiymətləndirib. O, ombudsmanın əməkdaşlıq təklifini, tövsiyələrini və ideyalarını təqdir edərək dəstək veriləcəyini söyləyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.