İqtisadi İnkişaf və Vergilər nazirliklərinin tabeliyindəki strukturların siyahısı təsdiq edilib
26 yanvar, 2013 20:55
Nazirlər Kabineti "Sumqayıt Kimya Texnoloji Park" MMC-nin İqtisadi İnkişaf Nazirliyinin tabeliyindəki, lakin qurumun strukturuna daxil olmayan təşkilatların siyahısına daxil edilməsi barədə qərar qəbul edib.bu barədə şənbə günü Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.
Bundan başqa, qərara əsasən, müvafiq siyahıya daxil olan "İstehlak Mallarının Ekspertizası Bürosu" MMC-nin adı "İstehlak Mallarının Ekspertiza Mərkəzi" MMC-yə dəyişdirilib.
Nazirlər Kabineti, həmçinin Vergilər Nazirliyinin tabeliyindəki, lakin onun strukturuna daxil olmayan təşkilatların siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib.