Xəbərlər

Bu günün hava proqnozu
25 yanvar, 2013 00:28

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 3-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacaq.
Bakıda gecə 3-5 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi yerlərdə 5-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam duman olacaq.
Temperatur gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam dağlarda duman olacaq.
Temperaturun gecə 4-9 dərəcə isti, gündüz 13-17 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən mülayim isti hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.