Xəbərlər

"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edilib
25 yanvar, 2013 23:30

 

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Prezidentinin 17 yanvar 2013-cü il tarixli sərəncamını nəzərə alaraq, Gənclər və İdman Nazirliyi "I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər.

Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin ağ-qara həlli
- loqotipin rəngli həlli
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya)

Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

• I yer - 5000 AZN
• II yer (laureat) - 3000 AZN
• III yer (laureat) - 2000 AZN

Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.