Əli Əhmədov "Şöhrət" ordeni ilə təltif edilib
25 yanvar, 2013 23:29
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əli Cavad oğlu Əhmədov "Şöhrət" ordeni ilə təltif edilsin.