Xəbərlər

Mərkəzi Bankda "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin yaradılması üzrə seminar keçirilib
25 yanvar, 2013 23:18

 

Azərbaycan Mərkəzi Bankı tərəfindən "Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması" proqramı çərçivəsində həyata keçirilən "Nağd Pulun İdarəetmə İnformasiya Sistemi"nin (CMS) yaradılması layihəsi üzrə kredit təşkilatları üçün seminar keçirilib.

Bankdan seminarın məqsədi mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq bütövlükdə bank sektorunda nağd pulla əməliyyatları real vaxt rejimində əhatə edən, mərkəzləşdirilmiş vahid informasiya bazasının və hesabatlıq sisteminin yaradılmasını nəzərədə tutan CMS-in əsas prinsipləri və kredit təşkilatlarında tətbiq olunacaq müvafiq sistemlərə inteqrasiyası ilə bağlı zəruri metodiki göstərişlərin verilməsindən ibarətdir.

Seminarda Mərkəzi Bankın baş direktoru A.Vəliyev müvafiq proqram çərçivəsində nağd pul blokunda həyata keçirilən layihələr, strateji dövrdə qarşıda duran hədəflər, eləcə də CMS-in bank sisteminə verəcəyi töhfələrlə bağlı ətraflı məlumat verib.

Seminarda Xəzinə departamentinin direktoru F.Ələkbərov və layihə meneceri R.Kərimli tərəfindən kredit təşkilatlarında nağd pul əməliyyatlarının CMS-ə inteqrasiya olunması ilə əlaqədar iştirakçılara təqdimat keçirilib, həmçinin tətbiq ediləcək yeni sistemə keçidlə bağlı əsas tələblər barədə məlumat verilib.

Seminarda kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin CMS layihəsi üzrə işçi qrupunun üzvləri iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.