"Mançester Yunayted"də 20 yaşlı hücumçu
25 yanvar, 2013 23:12
İngiltərənin "Mançester Yunayted" komandası "Kristal Pelas" klubunun hücumçusu Vilfred Zaha ilə müqavilə bağlayıb.
xarici KİV-ə istinadən verdiyi məlumata görə, 20 yaşlı futbolçu komandaya bu ilin yayında qoşulacaq. Zaha mövsümün sonunadək öz komandasında icarə əsasında oynayacaq.
"Biz gənc perspektivli futbolçulara üstünlük veririk. Onlar klubumuzda inkişaf edə bilərlər. Buna çoxlu nümunələr göstərmək olar. Ümid edirəm ki, Zahanın yeni klubu xoşuna gələcək", - "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyuson deyib.