Xəbərlər

İsmayıllı ictimaiyyəti ilə görüş keçirilir
25 yanvar, 2013 23:10

 

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və ictimai-siyasi xadimlərin iştirakı ilə rayon ictimaiyyəti ilə görüş keçirilir. görüşdə İsmayıllıda baş verən son hadisələr müzakirə edilir.

Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkili Novruz Aslan, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general mayor Cavanşir Məmmədov da iştirak edir.

Ələkbərov son günlər baş verən hadisələrin arzuolunmaz olduğunu deyib. İcra başçısı əhalini təmkinli olmağa çağırıb.

DİN-in idarə rəisi Cavanşir Məmmədov da hadisələr barədə məlumat verib. Qeyd edib ki, yanvarın 23-də baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, 2013-cü il yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində "Çıraq" hotelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.

Buna səbəb hoteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektirik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı "VAZ-2107" markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların hoteli və hotelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.

Bundan sonra desturuktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyətinibn başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstəriblər. Rayon Polis Şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da, həyətdə olan bir ədəd avtomobil yandırılıb.

İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulublar.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.