Xəbərlər

Azərbaycan Diplomatik Akademiyası Beynəlxalq Muğam Mərkəzi ilə yeni layihəyə başlayıb
25 yanvar, 2013 23:07

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) tələbələri üçün yeni musiqi layihəsinə başlayıb. Beynəlxalq Muğam Mərkəzi ilə birgə keçirilən aylıq mühazirələrdə Azərbaycanın musiqi mədəniyyəti, onun beynəlxalq aləmdə təmsil edilməsi, mədəni diplomatiya üçün əhəmiyyəti və bəşəri irsə verdiyi töhfələrlə bağlı məsələlər işıqlandırılacaq.

ADA-nın Kommunikasiya Departamentindən "ADA-da musiqi axşamları" adlanan bu layihənin ilk mühazirəsi Azərbaycanın dahi bəstəkarı, doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilən Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova ADA müəllim və tələbə heyəti qarşısında çıxış edərək bildirib ki, Şərq dünyasının ilk operası kimi tanınan "Leyli və Məcnun" operası düz 105 il bundan əvvəl o zamankı Tağıyev teatrında səhnələşdirilib. Köhnə təqvimlə bu tarixi gün 12 yanvar olsa da, yeni təqvimlə 25 yanvara təsadüf edir. Musiqişünas Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, onun maarifçi, ədib kimi fəaliyyətindən də danışıb, 20-ci əsrin əvvəllərində Üzeyir Hacıbəylinin yaradıcılığının mütərəqqi ziyalı nəsil üçün cəsarət və ilham mənbəyi olduğunu vurğulayıb. "ADA musiqi axşamı"nda Azərbaycan opera səhnəsinin ulduzları, xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, Samir Cəfərov, əməkdar artist İnarə Babayeva və digərləri bəstəkarın ölməz operalarından parçaları ifa edib.

"ADA musiqi axşamı"nda Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Beynəlxalq Muğam Mərkəzinin direkotru, xalq artisti Murad Hüseynov da iştirak ediblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.