Xəbərlər

Azərbaycanda VI-VIII sinif şagirdlərinə yeni fənn keçiriləcək
25 yanvar, 2013 22:53

 

Azərbaycanın orta məktəblərində VI-VIII sinif şagirdləri üçün yeni fənn - "Həyat bilgisi" tədris ediləcək. Bu barədə cümə günü Təhsil Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, bu yenilik tədrisdə aparılan islahatlar və kurikulumların tətbiqi ilə əlaqədardır. Hazırda "Həyat bilgisi" fənni I-V sinif şagirdlərinə keçirilir. Məktəblərdə V sinif şagirdlərinə "Həyat bilgisi" bu dərs ilindən tədris edilir.

2013-2014-cü tədris ilindən kurikulumun orta məktəblərin VI sinfinə tətbiq edilməsi ilə əlaqədar həmin siniflər gələn ildən bu fənni öyrənməyə başlayacaqlar.

2014-2015-ci tədris ilindən kurikulumun tətbiqi ilə əlaqədar "Həyat bilgisi" VII, 2015-2016-cı tədris ilindən VIII, 2016-2017-ci tədris ilindən isə IX siniflərdə tədris ediləcək. Orta məktəblərdə bu fənn I sinifdən IX sinfədək keçiriləcək. Bu fənn şagirdlərə məntiqi düşünmə qabiliyyətinin artrılmasına, həyati bacarıqlarının genişləndirilməsinə imkan verir. Fənlərin şagirdlərə biologiya və coğrafiya müəllimləri tərəfindən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın orta məktəblərində fizika və kimya fənlərinin tədrisinə başlama vaxtı 1 il tezləşdiriləcək. Kurikulumların tətbiqi ilə əlaqədar 2013-2014-cü tədris ilindən orta məktəblərdə fizika VI, 2014-2015-ci tədris ilindən isə kimya fənni VII sinifdən tədris edilməyə başlanacaq. Həmin fənlər hazırda da olduğu kimi, şagirdlərə XI sinfədək keçiriləcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.