Xəbərlər

Azərbaycanda sosial ipoteka haqqında qanunun qəbul edilməsi vaxtı yenə uzandı
25 yanvar, 2013 22:50

 

Milli Məclisin Sosial siyasət komitəsi 2013-cü ilin yaz sessiyasının qanunvericilik planına 2 qanun layihəsini təqdim etməyi nəzərdə tutur. bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında komitə sədri Hadı Rəcəbli bildirib.

O qeyd edib ki, bunlar Azərbaycan Prezidentinin imzası ilə Parlamentə göndərilimiş "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi və hazırda komitə tərəfindən üzərində işlənilən "Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında" qanunvericilik aktıdır.

Rəcəbli deyib ki, bu qanun layihəsi ilə bir növ SSRİ dövründə mövcud olan pioner düşərgələrinin müasir dövrə uyğunlaşdırılmış formada bərpası nəzərdə tutulur.

"Bununla yanaşı, komitədə bir sıra qanun layihələri üzərində işlər aparılır. Onları çox güman, bu sessiya ərzində qanunvericilik işlər planına daxil etmək mümkün olmayacaq. Həmin sənədlər "Gənc ailələrin sosial müdafiəsi haqqında", "Sosial sifariş haqqında", "Sosial ipoteka haqqında" və "Reproduktiv sağlamlığın təmin edilməsi haqqında" qanun layihələridir", - komitə sədri deyib.

O bildirib ki, həmçinin komitə 3 qanunvericilik aktına dəyişikliklər məsələsini qanunvericilik işləri planına təqdim etməyi nəzərdə tutur. Bunlar "Valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklərdir ki, burada da həmin kateqoriyadan olan uşaqların pulsuz təhsil alması məsələsi əks olunur.

"Digər sənəd Ailə Məcəlləsinə dəyişikliklə bağlıdır. Burada da nikaha girən cütlüklərdən tibbi arayışın tələb edilməsi məsələləsidir. Üçüncü sənəd isə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişikliklə bağlıdır, burada ərzağın digər maddələr hesabına zənginləşdirilməsi məsələsi öz əksini tapır", - Rəcəbli deyib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.