Xəbərlər

Azərbaycanda uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq
25 yanvar, 2013 22:09

 

Azərbaycanda uşaqların ildə bir dəfə icbari dispanserizasiyası olacaq.bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirə olunan yeni "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunda qeyd olunub.

Bu, onların qanuni himayədarlarının icazəsi ilə baş tutacaq.

Qanunda o da qeyd olunur ki, hər uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.

Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçirilə bilər.

İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.