İranda mövsümi qripə yoluxma halları artıb
25 yanvar, 2013 22:07
İranda mövsümi qripə yoluxma halları artıb. bu barədə cümə günü İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Mehdi Quya ISNA agentliyinə bildirib.
"Mövsümi qrip əvvəlki kimi fəaldır, bir çox əyalətlərdən yoluxma halları barədə məlumat verirlər" , - o qeyd edib.
Quyanın sözlərinə görə, qrip virusunun geniş yayıldığı əyalətlər Tehran, Gilan, Mazandaran, Kürdüstan və İlamdır.
"Ümumilikdə əhali arasında qripə yoluxma səviyyəsi 5 faizdən çox artıb" , - o vurğulayıb.
Son statistik məlumatlara görə, cari mövsümdə qripdən 9 nəfər ölüb.