Xəbərlər

"Atəşgah"ın sığorta haqları 68 milyon dolları ötüb
25 yanvar, 2013 22:01

 

"Atəşgah" Sığorta Qrupu (ASQ) 2012-ci ilin yekunlarına görə, 53,5 milyon manat sığorta haqları toplayıb ki, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə 91 faiz və ya 25,5 milyon manat artıqdır. bu barədə cümə günü şirkətin yaydığı məlumatda deyilir.

ASQ-nin sığorta ödənişləri keçən dövr ərzində 106 faiz və ya 6,8 milyon manat artmaqla 13,2 milyon manat təşkil edib.

Xatırladaq ki, "Atəşgah" və "Atəşgah Həyat" Sığorta Şirkətlərinin daxil olduğu "Atəşgah" Sığorta Qrupu 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

Şirkətlər üzrə ayrı-ayrı göstəricilər aşağıdakı kimidir: "Atəşgah" Sığorta Şirkəti (SŞ) 2012-ci il ərzində 37,8 milyon manat məbləğində sığorta haqları toplayıb ki, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə 2 dəfə və ya 19,3 milyon manat artıqdır.

Şirkətin sığorta bazarında payı 2012-ci ilin nəticələrinə əsasən 11,04 faiz təşkil edib. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin 2012-ci ilin yekunları ilə bağlı məlumatlarına əsasən, sığorta şirkətlərinin reytinqində "Atəşgah" SŞ 4-cü pillədən (2011-ci ildə) 3-cü pilləyə yüksəlib.

"Atəşgah Həyat" SŞ-nə gəldikdə isə, 2012-ci ildə şirkət 15,8 milyon manat həcmində sığorta haqları toplayıb. Bu, 2011-ci ilin göstəricisi ilə müqayisədə 65 faiz və ya 6,2 milyon manat artıqdır.

Şirkətin sığorta bazarındakı payı 2012-ci ilin yekunlarına əsasən 4,60 faiz təşkil edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.