Bakıda bütün şagirdlərin psixoloji xəritəsi hazırlanacaq
25 yanvar, 2013 21:55
Bakıda şagirdlərin psixoloji-pedaqoji diaqnostik xəritəsinin artıq nüminəvi forması hazırlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib ki, şagirdin psixoloji-pedaqoji diaqnostik xəritəsinin nümunəvi forması bütün məktəblərə paylanacaq. Bu xəritəni hazırlayarkən bir neçə məqama xüsusi fikir verilməlidir.
Bunlar istifadə edilən psixoloji-pedaqoji metodikanın etibarlılığı, eyni zamanda, psixoloji-pedaqoji nəticələrin obyektivliyi kimi məsələlərdir.