Xəbərlər

II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi keçiriləcək
24 yanvar, 2013 23:11

 

Yanvarın 25-də Muzey Mərkəzində II Respublika dekorativ-tətbiqi sənət festivalının yekun sərgisinin açılış mərasimi keçiriləcək. Bu sərgidə regional mərkəzlərdə keçirilmiş sərgilərdən festivalın təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, II Respublika dekorativ-tətbiqi sənət festivalı qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədilə keçirilib.

Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılır: xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma).

Festivala hazırlıq işləri 2012-ci ilin fevral ayında başlanıb. İlk mərhələdə Gəncə şəhərində bölgənin 14, Lənkəranda bölgənin 12, Şəkidə bölgənin 12, Xaçmazda bölgənin 8 rayonun, xalq sənətkarlarının iştirakı ilə regional sərgilər təşkil olunub. Bunda əlavə, Bakı şəhəri üzrə də xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi keçirilib.

Respublikanın bütün şəhər və rayonlarını əhatə edən festivalın yekun sərgisinin bağlanışından sonra nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.