Xəbərlər

ABŞ şirkətlərinin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb edilməsi təklif olunub
24 yanvar, 2013 22:53

 

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarı qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ABŞ səfirliyinin dəstəyi ilə kitabxana, mədəniyyət və incəsənət sahəsində layihələr müzakirə olunub. Görüş zamanı Əbülfəs Qarayev Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə edib və bildirib ki, nazirlik bu istiqamətdə silsilə tədbirlər keçirməkdə maraqlıdır.

Daha sonra nazir son illərdə Amerikada Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Neft Şirkəti, diaspor təşkilatları tərəfindən Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin təşkil olunmasını xatırladıb.

Morninqstar regionlarda fəaliyyət göstərən kitabxanalarda Amerika "Corners" proqramının koordinatorlarının fəaliyyətinə nazirlik tərəfindən dəstək verilməsini xahiş edib.

Qarayev, öz növbəsində, yeni təmir olunmuş mədəniyyət müəssisələrinin yüksək texniki avadanlığının idarə edilməsi və müvafiq kursların təşkil olunmasında kömək göstərilməsini xahiş edib.

Nazir, həmçinin səfirdən 29 may -1 iyun 2013-cü il tarixdə Bakıda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Amerikadan nüfuzlu dövlət xadimlərinin dəvət olunması istiqamətində dəstək göstərilməsini xahiş edib. Daha sonra Qarayev Amerikada fəaliyyət göstərən turizm-bələdçi kitabları nəşr edən şirkətlərin Azərbaycan haqqında bələdçi kitablar hazırlanması layihəsinə cəlb olunması ilə bağlı təklif irəli sürüb.

Görüşün sonunda səfir Morninqstar iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.