İlham Əliyevin Davosda "Thales Alenia Space" şirkətinin prezidenti ilə görüşü olub
24 yanvar, 2013 22:52
Azərbaycan Prezidenti İlham Əliyevin cümə axşamı Davosda "Thales Alenia Space" şirkətinin prezidenti Jan-Lö Qalle ilə görüşü olub.
Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi əhəmiyyət verildiyi vurğulandı. Azərbaycanın ikinci telekommunikasiya və Yer səthini müşahidə peyklərinin orbitə buraxılması ilə bağlı mövcud məsələlər müzakirə olundu.
Ölkəmizdə kosmik sənayenin yaradılması, bu sahədə uzunmüddətli inkişaf strategiyasının hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparıldı.