Xəbərlər

Azərbaycan Dövlət Neft Fondu və Beynəlxalq Maliyyə Korporasiyası özəl sektorun inkişafı üzrə saziş imzalayıblar
24 yanvar, 2013 22:42

 

Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) bu gün inkişaf etməkdə olan bazarlarda özəl sektorun inkişafının dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə saziş imzalayıblar.

Fonddan verilən məlumata görə, Azərbaycanın suveren fondu olan ARDNF bu yaxınlarda bərpa olunan enerji mənbələri və iqlimə münasibətdə müsbət həllər sahəsində çalışan fondların və həyata keçirilən layihələrin inkişafını dəstəkləyən IFC-nin Katalizator Fonduna (IFC Catalyst Fund) 50 milyon ABŞ dolları dəyərində vəsaitin ayrılması üzrə öhdəlik qəbul edib. Bundan əvvəl ARDNF tərəfindən IFC-nin Afrika, Latin Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları dəyərində investisiya yatırılıb. Azərbaycan inkişaf etməkdə olan bazarlar arasında IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti (IFC Asset Management Company) tərəfindən idarə edilən fondlara investisiya yatırmış ilk ölkə olub.

"Azərbaycan Respublikası qlobal inkişafa böyük əhəmiyyət verir. Neft və qaz ehtiyatlarının satışından əldə etdiyimiz gəlirlərin etibarlı investisiya layihələrinə yatırmağımızın əsas səbəblərindən biri məhz budur, - ARDNF-nin icraçı direktoru, Şahmar Mövsümov bildirib. - IFC-nin təcrübəsini və inkişaf etməkdə olan bazarlarda fəaliyyətini yüksək dəyərləndiririk və yatırdığımız investisiyaların güclü inkişafa təsir göstərəcəyini, həmçinin yüksək maliyyə gəlirliliyinə malik olacağını gözləyirik. IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti tərəfindən idarə edilən fondlara investisiyaların yatırılması ilə bağlı digər seçimləri araşdırırıq".

IFC-nin icraçı vitse-prezidenti və baş direktoru Cin-Yonq Kai bildirib: "Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlığımızı yüksək dəyərləndiririk. Bu kimi sazişlər vasitəsilə IFC iqtisadi inkişafı şərtləndirən qüvvəyə malik olan və ən lazımi sahələrdə fürsətlər yarada bilən özəl sektora verdiyi dəstəyini artıra bilər".

IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti IFC-nin tam mülkiyyətində olan törəmə qurumdur və üçüncü tərəflərdən kapitalın cəlb edilməsi və yatırılması, institusional investorlara IFC-nin təcrübəsindən faydalanmağa imkan yaradılması və bununla yüksək kapital gəlirliliyinin, həmçinin vəsaitin yerləşdirildiyi inkişaf etməkdə olan bazarlarda müsbət inkişaf təsirinin təmin edilməsi sahəsində fəaliyyət göstərir. Şirkət beş investisiya fondunun 4,8 milyard ABŞ dolları dəyərində kapitalını idarə edir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.