Türkiyə yığması Bakıya gəlir
24 yanvar, 2013 22:24
Bu ilin may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III "Caspian Cup" beynəlxalq turniri keçiriləcək.
AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Türkiyə Futbol Federasiyasından göndərilib.
Beləliklə, müvafiq yaş qrupundan ibarət Türkiyə yığması III "Caspian Cup" beynəlxalq turnirində iştirak edəcək.
Xatırladaq ki, Türkiyə komandası I və II "Caspian Cup" turnirlərində də mübarizə aparıb.