Xəbərlər

Əmlak Məsələləri Dövlət Komitəsinə 300-ə yaxın müraciət daxil olub
24 yanvar, 2013 22:19

 

Ötən il ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin "qaynar xətlər"inə (193, 148 və 566-07-44) vətəndaşlar tərəfindən daşınmaz dövlət əmlakının icarəsi və özəlləşdirilməsi, dövlət mülkiyyətində olan torpaqların icarəsi və özəlləşdirilməsi, özəlləşdirmə prosesi çərçivəsində yaradılan səhmdar cəmiyyətlərin özəlləşdirilməsi və fəaliyyəti, daşınmaz əmlakın qeydiyyatı, habelə daşınmaz əmlaka dair texniki sənədlərin tərtibatı və reyestrdən arayışların alınması ilə bağlı 300-ə yaxın müraciət daxil olub və mütəxəssislər tərəfindən operativ qaydada cavablandırılıb.

Dövlət Komitəsindən verilən məlumata görə, yuxarıda göstərilən müraciətlərin cavablandırmasında komitənin hüquqşünasları yaxından iştirak edirlər. "Qaynar xətlər"ə daxil olan müraciətlərin 250-ə yaxını sorğu xarakterli olub. Sorğu xarakterli müraciətlərin 90-ı dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, 100-ü daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, digərləri isə daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması və ünvan məsələlərinə aid olub.

Müraciətlərdən 20-yə yaxını şikayət xarakterli olub. Bunlardan 8-i dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, digərləri isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsinə aid olub. Qaynar xəttə daxil olan şikayət xarakterli müraciətlər araşdırılmaq üçün müvafiq qurumlara göndərilib. Şikayətlər araşdırılarkən məlum olub ki, onlardan bəziləri əsassızdır və bu barədə şikayətçilər məlumatlandırılıb. Digər şikayət xarakterli müraciətlər isə araşdırılaraq qanunvericiliyə əsasən müvafiq qərarlar qəbul edilib və vətəndaşlara onların hüquqları izah edilib.

Əmlak Məsələləri Dövlət Komitəsi bu tədbirlərlə yanaşı, vətəndaşların müraciətlərinin elektron formada www.emdk.gov.az rəsmi internet saytı vasitəsilə qəbul edilməsi və cavablandırılması ilə əlaqədar tədbirlər görür. Bu məqsədlə komitənin rəsmi internet saytında "Sual-cavab" bölməsi yaradılaraq vətəndaşların ixtiyarına verilib. Vətəndaşlar üçün yaradılmış belə bir imkan dərhal öz effektiv təsirini göstərib. Belə ki, ötən il komitənin rəsmi internet saytına vətəndaşlar tərəfindən 350-ə yaxın elektron müraciət daxil olub. Bu müraciətlərdən 330-u sorğu, digərləri isə şikayət xarakterli olub. Daxil olan sorğu və şikayət xarakterli elektron müraciətlər araşdırılıb və vətəndaşlara operativ cavablar verilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.